Braziliyada cəmi 3 Azərbaycan vətəndaşı yaşayır - RƏSMİ

  Braziliyada cəmi 3 Azərbaycan vətəndaşı yaşayır -    RƏSMİ
  22 İyun 2020    Oxunub:9139
Braziliyada yaşayan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb.

Azərbaycanın Braziliya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov Azvision.az -a eksklüziv müsahibəsində bildirib ki, bu ölkədə cəmi 3 vətəndaşımız yaşayır.
"Braziliyada Azərbaycan vətəndaşlarının sayı çox azdır. Cəmi üç nəfər qeydiyyatdan keçib və onlarla mütəmadi olaraq əlaqə saxlanılır. Vətəndaşlarımızın sənədləri ilə bağlı yarana biləcək müxtəlif problemlərin həlli üçün səfirlik akkreditə olduğumuz ölkələrin müvafiq dövlət strukturları ilə lazımı danışıqlar, yazışmalar aparıb və aparmaqdadır", - deyə səfir qeyd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Braziliya   Səfir  





Xəbər lenti