Leyla Əliyevanın dəstəyi ilə tələbə əlil arabasından qurtuldu - VİDEO

 Leyla Əliyevanın dəstəyi ilə tələbə əlil arabasından qurtuldu  -  VİDEO
  23 İyun 2020    Oxunub:5704
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi, birinci qrup əlil Cavid Həsənli əməliyyat olunaraq əlil arabasından qurtulub.
Azvision.az -ın məlumatına görə, Cavid Həsənlinin xəstəliyi 7 yaşından başlayıb və orta təhsilini evdə tamamlayıb. 2016-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına rəngkarlıq ixtisası üzrə qəbul olunub. 3-cü kursda oxuyarkən səhhəti ağırlaşıb və təhsilini yarımçıq qoymaq təhlükəsi ilə üzləşib. Əməliyyat üçün tələb olunan böyük məbləği ödəmək imkanında olmayıb.



Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə bir il ərzində Bakıda müxtəlif xəstəxanalarda 4 dəfə əməliyyat olunub və nəhayət, əlil arabasından xilas olub. Təhsilini davam etdirmək imkanı qazanan Cavid Həsənli artıq məzun olacaq.

Azvision.az


Teqlər: LeylaƏliyeva  





Xəbər lenti