Teatr tikintisinə 13,8 milyon manat ayrıldı

Teatr tikintisinə 13,8 milyon manat ayrıldı
  24 İyun 2020    Oxunub:3416
Prezident İlham Əliyev iyunun 24-də “Gəncə Dövlət Dram Teatrının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, Sərəncama əsasən, Gəncə Dövlət Dram Teatrının 500 yerlik yeni binasının tikintisinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.53.1-ci yarımbəndində göstərilmiş məbləğin 13,8 milyon manatı Gəncə Şəhər İcra Hakimiyyətinə ayrılıb.

Azvision.az



Teqlər: Prezident   Teatr   Gəncə  





Xəbər lenti