47 ildir oyma sənətini yaşadan sənətkar - FOTOREPORTAJ

47 ildir oyma sənətini yaşadan sənətkar -  FOTOREPORTAJ
  26 İyun 2020    Oxunub:11575
Zaqatala sakini Əsgər Məmmədov 47 ilə yaxındır ki, oyma sənəti ilə məşğul olur. O, bu sənətin sirlərini Qazaxıstanda öyrənib.

"Atam Qazaxıstanda sürgündə olub, orada ailə həyatı qurub. Mən də Qazaxıstanda dünyaya gəlmişəm", - deyən Ə.Məmmədov oyma sənətini almanlardan öyrəndiyini və 1973-cü ildən bu işlə məşğul olduğunu bildirib.


Ə.Məmmədov indiyədək bir neçə dəfə Bakıda və digər bölgələrdə təşkil olunan sərgilərdə iştirak edib. İlk işi tut ağacından Məşədibad obrazını yaratmaq olub.

Daha çox şabalıd, qoz, dağdağan, gövrüc ağaclarına üstünlük verən sənətkar taxtanın formaya salınmasında kəsici alət kimi şüşə qırıntılarından istifadə edir.

Azvision.az Əsgər Məmmədovun əl işlərindən hazırladığı fotoreportajı təqdim edir:









































Foto: Əhməd Xəlilov
Azvision.az


Teqlər: Zaqatala   Sənətkar  





Xəbər lenti