Deputat Baş Nazirdən xahiş etdi

Deputat Baş Nazirdən xahiş etdi
  25 İyun 2020    Oxunub:1787
Təəssüflər olsun ki, bələdiyyələrə 2020-ci ilin büdcəsində nəzərdə tutulan dotasiyalar hələ də ayrılmayıb.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Kamran Bayramov deyib.

Deputat bildirib ki, Maliyyə Nazirliyi hazırda dotasiyaların ayrılması üzərində işləyir və bundan sonra sənəd Nazirlər Kabinetinə təqdim ediləcək.

K.Bayramov Baş Nazir Əli Əsədovdan xahiş edib ki, məsələyə dair qərar qəbul olunsun.

Anar Kəlbiyev
Azvision.az





Teqlər: KamranBayramov  





Xəbər lenti