Məhbuslara tətbiq ediləcək nəzarət cihazı nümayiş olundu

 Məhbuslara tətbiq ediləcək nəzarət cihazı nümayiş olundu
  25 İyun 2020    Oxunub:2636
Milli Məclisdə bir sıra məhbuslara tətbiq ediləcək elektron nəzarət cihazı və cihaza qulluq qaydası nümayiş etdirilib.
Azvision.az xəbər verir ki, millət vəkili Kamal Cəfərov parlamentin bu gün keçirilən iclasında Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi barədə məlumat verib.

Cihazı nümayiş etdirən deputat bildirib ki, bu cihaz məhbusun barmaq izi ilə 4 saatlıq işə salınır.

Cihazı gün ərzində bir saat elektrik enerjisi ilə təmin etmək üçün müvafiq avadanlıq da nümayiş olunub.

“Cihaza qulluq yalnız bundan, yəni gündə bir dəfə elektrik enerjisi ilə doldurulmasından ibarətdir”, - deyə K.Cəfərov vurğulayıb.

Qeyd edək ki, qanun layihəsinin birinci oxunuşda parlamentdə müzakirəsi zamanı cihazlara qulluğun necə həyata keçiriləcəyi barədə məsələ qaldırılmışdı.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti