Bəhram Bağırzadənin vəziyyəti kritik olaraq qalır

Bəhram Bağırzadənin vəziyyəti kritik olaraq qalır
  25 İyun 2020    Oxunub:4929
“Əməkdar artist Bəhram Bağırzadənin səhhətində dünəndən bu günə ciddi dəyişiklik baş verməyib”.

Azvision.az xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib. Onun sözlərinə görə, hazırda B.Bağırzadənin səhhəti stabil, kritik-ağır olaraq qalır.
Qeyd edək ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Əməkdar artistin 90%-dən çox ağciyər toxuması zədələndiyindən onu ECMO cihazına qoşublar.

B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Aytən Zəhra
Azvision.az



Teqlər:





Xəbər lenti