Ölkədə koronavirusdan sağalanların sayı 8 mini keçdi

 Ölkədə koronavirusdan sağalanların sayı 8 mini keçdi
  25 İyun 2020    Oxunub:2363
Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların, infeksiyadan sağalanların və ölənlərin sayı açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

İndiyədək ölkədə 14 852 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8 059 nəfər müalicə olunaraq sağalıb, 180 nəfər vəfat edib, 6 613 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Azvision.az


Teqlər: Koronavirus   Sağalan  





Xəbər lenti