TƏBİB rəsmisi: “Uşaqlar xəstəlik daşıyıcısıdır”

 TƏBİB rəsmisi: “Uşaqlar xəstəlik daşıyıcısıdır”
  25 İyun 2020    Oxunub:3824
Bəzi vətəndaşlarımız koronavirusun artıq ciddi xəstəlik olduğunu və ciddi fəsadlar yaratdığını dərk edirlər. Lakin küçələrə çıxmaq qadağasının olmasına baxmayaraq, insanlar həyətlərdə, arxa küçələrdə toplaşır və sosial məsafəni gözləmirlər.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, yaşından asılı olmayaraq, hər kəs xəstəliyin fəsadlarını dərk etməlidir.

“Elə ailələr var ki, böyüklər neqativ, uşaqlar isə pozitiv nəticə göstərir. Uşaqlar hələ də xəstəlik daşıyıcısıdır. Uşaqlar həyətdə oynayarkən gigiyena qaydalarına, əsasən əl gigiyenasına diqqət edilməlidir. Parklarda da qaydalara riayət edilməlidir. 10 nəfərdən çox insan bir yerə toplaşıb, maskasız ünsiyyət qursa, o zaman qapanmadan bir nəticə ala bilməyəcəyik”.

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB   Qərargah  





Xəbər lenti