“COVID-19 ilə mübarizədə Azərbaycanın yanındayıq” - Qulam İshaqzai

  25 İyun 2020    Oxunub : 2732
 “COVID-19 ilə mübarizədə Azərbaycanın yanındayıq” -   Qulam İshaqzai
Pandemiya ilə mübarizədə Azərbaycanla tərəfdaş olaraq iştirak edir və bu prosesdə Azərbaycanın yanındayıq.
Azvision.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, bununla bağlı Azərbaycanın müvafiq qurumları ilə sıx əməkdaşlıq qurulub.

“Burada söhbət Heydər Əliyev Fondu, Səhiyyə Nazirliyi və TƏBİB-dən gedir. Eyni zamanda, ölkənin yüksək vəzifəli şəxsləri ilə əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq ondan ibarətdir ki, hazırda ÜST tərəfindən pandemiya ilə mübarizədə göstərilən texniki yardımdan Azərbaycan da yararlana bilsin. ÜST vasitəçiliyi ilə potensialın artırılmasına, biliklərin əlaqələndirilməsinə dəstəyimizi göstərmişik. Biz müxtəlif kampaniyalara dəstək olmuşuq. Biz, həmçinin TƏBİB-ə və Səhiyyə Nazirliyinə müəyyən sayda tibbi ləvazimatlar təqdim etmişik. Hazırda İqtisadiyyat Nazirliyi və Nazirlər Kabineti ilə müzkairələr aparırıq. Müzakirələrin əsas məqsədi sosial-iqtisadi bərpa proseslərinin yaxşılaşdırılması, Azərbaycana texniki yardımın göstərilməsidir. Bununla əlaqədar Azərbaycan hökuməti ilə əməkdaşlığı davam etdiririk”.

Aytən Zəhra
Azvision.az

Teqlər: BMT   ÜST