Hande Harmancı Qubaya səfərindən danışdı

   Hande Harmancı Qubaya səfərindən danışdı
  25 İyun 2020    Oxunub:3793
Mənim Qubada olduğum gün şənbə günü idi və orada küçəyə çıxmaq qadağası yox idi.
Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, rayonlara gedib-getməmək hökumətin verəcəyi qərardır.

Qeyd edək ki, H.Harmancı iki günlük sərt karantin günlərində Qubada istirahətdə olarkən çəkilən fotolarını "İnstagram" səhifəsində paylaşıb. Onun bu addımı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və tənqidlərə səbəb olub.

Aytən Zəhra
Azvision.az


Teqlər: Hande-Harmancı   Quba   Səfər  





Xəbər lenti