Evdə müalicə olunacaq xəstələrlə bağlı açıqlama

Evdə müalicə olunacaq xəstələrlə bağlı açıqlama
  25 İyun 2020    Oxunub:2468
TƏBİB-in istifadə etdiyi dərmanlar tibb işçiləri üçün hazırlanan rəhbərlikdə qeyd edilib. Evdə müalicə ilə bağlı rəhbərliklər hazırlanıb və tibb işçilərinə paylanılıb.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, evdə assimptomatik və ya yüngül simptomları olan insanların müalicəsi aparılacaq.

“Buna görə dərman preparatlarının alınmasına ehtiyac yoxdur. Həkim təyinatı olmadan dərman preparatlarından istifadə ciddi fəsadlara səbəb ola bilər”.

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB   Dərman  





Xəbər lenti