Xəbərdarlıq: Yoluxma sayı yenə artacaq

    Xəbərdarlıq:  Yoluxma sayı yenə artacaq
  25 İyun 2020    Oxunub:4531
Biz bugünkü yoluxma sayını mart ayında görsəydik, hansı nəticələrə gələ biləcəyini təsəvvür edə bilməzdik. Lakin hazırda tibb işçilərimiz və xəstəxanalarımız vəziyyəti idarə etməyə hazırdır.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, lakin bu rəqəmlər sərt şəkildə artmamalıdır və idarəolunan səviyyədə olmalıdır ki, xəstələrə yardım edilsin.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı isə bildirib ki, yoluxma sayının artmasının qarşısını almaq lazımdır.

“Sərt artımın qarışısı alınmalıdır. Bunun üçün belə qaydaların, karantin rejiminin olması vacibdir. Əvvəldən deyirəm ki, xəstəlik artacaq. Yenə də artacaq. Lakin hər bir şəxs özünü qorumasa, rəqəmlər yenə də artacaq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB   Virus   Yoluxma  





Xəbər lenti