8 şəhər və rayonda icazə verilən işçi sayı azaldıldı

8 şəhər və rayonda icazə verilən işçi sayı azaldıldı
  25 İyun 2020    Oxunub:3663
Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır.
Azvision.az xəbərt verir ki, bu barədə Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən dən çox olmamalıdır.

Azvision.az


Teqlər: Nazirlər-Kabineti   Qərar  





Xəbər lenti