KİV-in sərt karantində necə işləyəcəyi müəyyənləşdi

 KİV-in sərt karantində necə işləyəcəyi müəyyənləşdi
  25 İyun 2020    Oxunub:3058
Xüsusi sərt karantin rejimi tətbiq edilən şəhər və rayonlarda kütləvi informasiya vasitələrinin tam tərkibdə işləməsi nəzərdə tutulub.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarına dəyişiklikdə qeyd olunub.

Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində fəaliyyətinə icazə verilən bəzi iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır.

Azvision.az


Teqlər: KİV   Karantin  





Xəbər lenti