DMX-nın Çağrı Mərkəzi üç gün məhdud rejimdə işləyəcək

DMX-nın Çağrı Mərkəzi üç gün məhdud rejimdə işləyəcək
  25 İyun 2020    Oxunub:3002
Dövlət Miqrasiya Xidməti (DMX) qurumun (012) 919 - Çağrı Mərkəzinin fəaliyyətinə dair elan verib.
DMX-dən Azvision.az -a bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrini rəhbər tutaraq, eləcə də iyunun 26-sının Silahlı Qüvvələr Günü olduğunu nəzərə alaraq, Dövlət Miqrasiya Xidmətinin (012) 919 - Çağrı Mərkəzi iyunun 26-28-də məhdud sayda əməkdaşla və rejimdə fəaliyyət göstərəcək.

Xidmət təcili olmadığı təqdirdə vətəndaşları suallarını iyunun 29-dan etibarən Çağrı Mərkəzinə ünvanlamağı xahiş edir.

Bununla yanaşı, sualları DMX-nin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MİGAZ mobil tətbiqi vasitəsilə də ünvanlamaq mümkündür.

Azvision.az


Teqlər: DMX  





Xəbər lenti