Vüsal Hüseynov vətəndaşların videoqəbulunu keçirib - FOTO
Xidmət rəisi vətəndaşların, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxslərin müraciətlərini video görüntü vasitəsilə dinləyib.
Müraciətlər əsasən müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, vətəndaşlığa qəbul, vətəndaşlıq mənsubiyyətinin araşdırılması ilə bağlı olub.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Xidmət rəisi qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Azvision.az
Teqlər: DMX Miqrasiya-Xidməti Vüsal-Hüseynov