Koronavirus xəstələrinin 174-ü reanimasiyadadır - STATİSTİKA
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Bildirilib ki, bu gün koronavirusa görə 7274 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 449 235-ə çatıb.
İndiyədək ölkədə ümumilikdə 14 852 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8 059 nəfər müalicə olunaraq sağalıb, 180 nəfər vəfat edib, 6 613 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Azvision.az
Teqlər: TƏBİB Koronavirus