ÜST həyəcan təbili çaldı: Avropada yoluxma yenidən artır

     ÜST həyəcan təbili çaldı:    Avropada yoluxma yenidən artır
  26 İyun 2020    Oxunub:12706
Ötən həftə ərzində Avropada bir neçə aydan sonra ilk dəfə olaraq yeni koronavirus infeksiyası hallarının sayında artım qeydə alınıb.
Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə direktoru Hans Klyuqe deyib.

Onun sözlərinə görə, pandemiya ilə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər yumşaldılmağa başlanandan Avropada koronavirusa yoluxma sayında kəskin artım müşahidə edilir.

ÜST rəsmisi vurğulayıb ki, son iki həftə ərzində Avropanın 30 ölkəsində infeksiyaya yoluxma halları artıb.

“Bu ölkələrdən 11-də virusun sürətlə yayılması epidemiyanın yenidən başlamasına səbəb ola bilər. Bu proses dayandırılmalıdır. Əks təqdirdə Avropa ölkələrinin səhiyyə sistemləri yenidən uçuruma yuvarlanacaq”.

Klyuqe əlavə edib ki, Avropanın bəzi dövlətləri koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq etdiyi məhdudiyyətləri tez aradan qaldırıb və infeksiyanın daha geniş yayılmasına şərait yaradıb.

“Bəzi Avropa ölkələrində bu risk artıq reallığa çevrilib. Polşa, Almaniya, İspaniya və İsrail hökuməti koronavirusa yoluxmanın yeni hallarına tez bir zamanda reaksiya verdi”.

Azvision.az


Teqlər: Avropa   Koronavirus  





Xəbər lenti