Ölkə ərazisində hava şəraiti dəyişib - Faktiki hava

Ölkə ərazisində hava şəraiti dəyişib -  Faktiki hava
  26 İyun 2020    Oxunub:3385
Milli Hidrometeorologiya Xidməti faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.
Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a bildirilib ki, iyunun 26-sı ölkə ərazisinin bəzi yerlərində səhərədək şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə qərb küləyi güclənib.

Düşən yağışın miqdarı: Oğuzda 16 mm, Şəkidə 10 mm, Xınalıqda 9 mm, İsmayıllı, Qəbələdə 6 mm, Şahdağda 3 mm olub.

Qərb küləyi Naftalanda 26 m/s, Neftçalada 20 m/s, Gəncə, Tərtər, Ağstafa, Tovuzda 18 m/s, Salyanda, Şəmkirdə 16 m/s, Abşeron yarımadası və Bakıda 28 m/s, Sumqayıtda 21 m/s, Pirallahı, Ələtdə 20 m/s, Binədə 19 m/s, Zabratda 18 m/s, Çilov adasında 17 m/s, Neft Daşlarında 16 m/s -dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Azvision.az


Teqlər: Hava  





Xəbər lenti