102 yaşlı Azərbaycan ordusu - FOTOLAR

  26 İyun 2020    Oxunub : 4442
 102 yaşlı Azərbaycan ordusu -   FOTOLAR
Bu gün Azərbaycanda Silahlı Qüvvələr günüdür. Azərbaycan Ordusunun yaranmasının 102 ili tamam olur.
Bir əsrdən çox yaşı olan Azərbaycan ordusu hazırda dünyanın ən güclü orduları sırasındadır.

Bu gün ölkəmizdə ordu quruculuğu prosesi yüksək səviyyədə aparılır və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu və milli təhlükəsizlik siyasətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir.

Dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbi hissələr ən müasir hərbi texnika ilə təchiz olunub, yüksək şəraitə malik hərbi şəhərciklər, döyüş poliqonları yaradılıb.

Hazırda ordunun şəxsi heyəti yüksək döyüş ruhuna malikdir. Bu səbəbdən Azərbaycan xalqı əmindir ki, uğurlu inkişaf yolu keçən ordumuz Ali Baş Komandanın döyüş əmri ilə torpaqlarımızı işğaldan azad edəcəkdir.









































Azvision.az

Teqlər: Ordu   26-iyun