Ziyafət Əsgərov: “Ordumuz ən güclülər sırasındadır”

  Ziyafət Əsgərov:  “Ordumuz ən güclülər sırasındadır”
  26 İyun 2020    Oxunub:3597
"Bu gün Azərbaycanın çox güclü ordusu var. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra təəssüf ki, nəinki dövlət quruculuğunda, heç ordu quruculuğunda da quruculuq işləri getməyib. Yalnız 1993-cü ildə Ulu Öndər hakimiyyətə gələndən sonra Azərbaycanda ordu quruculuğu başladı. O vaxta qədər ordu deyəndə ayrı-ayrı qrupların, şəxslərin silahlı birləşmələri nəzərdə tutulurdu".
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Komitə sədri bildirib ki, biz hüquqi dövlət quruculuğu qurmağa başlamışdıqsa, Azərbaycan Konstitusiyasına və qanunvericilik aktlarına uyğun olaraq əsl ordu yaratmalı idik, nəticədə belə ordu yaradıldı.

"Bu ordunun özülü elə qoyulub ki, nəinki regionda, hətta dünyada ən sayılıb-seçilən ordulardan biridir. Həm ordumuzun maddi-texniki bazasına, müasir silahlarına, həm də hərbçilərimizin yüksək döyüş ruhu səviyyəsinə görə, dünyada ən güclülər sırasındayıq. Bu gün ordumuz Azərbaycanın dövlət müstəqilliyini, suverenliyini, onun sərhədlərinin toxunulmazlığını qorumağa, işğal olunmuş torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Yeri gəlsə, bundan da istifadə edəcəyik. Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətini bayram münasibətilə ürəkdən təbrik edirəm, onlara möhkəm cansağlığı və hərbi xidmətlərində uğurlar arzulayıram".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Ziyafət-Əsgərov   Komitə   Sədr   Ordu  





Xəbər lenti