Psixoaktiv maddələrdən asılı olanların sayı açıqlanıb

  26 İyun 2020    Oxunub : 1947
Psixoaktiv maddələrdən asılı olanların sayı açıqlanıb
2019-cu ilin rəqəmlərinə əsasən, ölkədə 32921 nəfər psixoaktiv maddələrin (PAM) qəbuledicisi var.
Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Zamin Əliyev Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə AzTV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, həmin şəxslədən 641 nəfəri qadındır.

“Yaş qruplarına əsasən, 30-40 yaşlılar daha çox PAM-dan asılı olanlardır. Gənclər arasında da 15-17 yaş arasında qeydiyyatda olanların sayı çoxdur. Psixoaktiv maddələrdən asılı olanların şəxsi təbliğatı, ətrafdakıların bu haqda məlumatsızlığı onların potensial PAM qəbuledicisinə çevrilməsinə səbəb ola bilər".

Zamin Əliyev bir neçə il bundan öncə xəstələrin müalicə üçün müraciətlərinin indiyə nisbətən az olduğunu xatırladıb.

"Bunun səbəbi ictimai qınaqdan qorxu, müalicə prosesinin olduqca çətin keçəcəyi haqda mənfi fikirlər olub. Hazırda aparılan təbliğatın nəticəsində RNM-ə müraciət edənlərin sayı artıb. Bu hal insanların narkomaniyanın artıq cinayət kimi deyil, bir xəstəlik kimi qəbul etmələri, tibbi yardımın yüksək səviyyədə təşkil edilməsi və insanların bu xəstəlik və onun müalicəsi haqqında düzgün məlumatlandırılması ilə bağlıdır".

Azvision.az

Teqlər: Narkomaniya