Niyaməddin Musayev: “80 yaşım var, hər gün idman edirəm”

  26 İyun 2020    Oxunub : 10227
  Niyaməddin Musayev:  “80 yaşım var, hər gün idman edirəm”
"Sənət adamları digər vətəndaşlar kimi qanuna tabe olmalıdır. Şəxsən mən nə tələb olunursa, onu edirəm. Qaydaları pozmur, nə deyilirsə, əməl edirəm".
Bunu Azvision.az -a Xalq artisti Niyaməddin Musayev deyib.

80 yaşlı müğənni sənət yoldaşlarına müraciət edərək qaydalara riayət etməyin vacib olduğunu bildirib.

"Qaydaları pozmaq ilk növbədə mənim səhhətim üçün risklidir, virusa yoluxa bilərəm. Ona görə özümü qorumağa çalışıram, bütün qaydalara əməl edirəm. Digər sənət yoldaşlarımı da buna əməl etməyə çağırıram. Aydın məsələdir ki, hamı fərqli yay planlayırdı. Amma nə etmək olar? Gərək elə edək ki, darıxmayaq, başımızı qatmağı bacaraq. Hər gün müntəzəm olaraq evdə idman edirəm, yeni mahnılar üzərində çalışıram, arada telekanallarda proqramları izləyirəm. Beləcə, çalışıram faydaları işlərlə məşğul olum. Bir də görürəm ki, axşam oldu. Günümü belə keçirdirəm", - deyə Xalq artisti karantin günlərindən danışıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: NiyaməddinMusayev