Məhkəmə hakimi koronavirusdan vəfat edib

 Məhkəmə hakimi koronavirusdan vəfat edib
  26 İyun 2020    Oxunub:4890
Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov koronavirusdan vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə deputat Fazil Mustafa "Facebook"da məlumat paylaşıb.

"İndicə aldığım xəbər çox acı oldu. Universitetdə tələbə yoldaşım, Bakı Apelyasiya Məhkəməsinin hakimi Namiq Teyyub oğlu Məmmədov Astarada müalicə aldığı xəstəxanada koronavirusdan 55 yaşında vəfat etdi. Çox dəyərli bir insandı, əziz dostumuzdu. Allah günahlarını bağışlasın! Ruhunu şad etsin. Xəstəliklə zarafat etməyin, özünüzü, yaxınlarınızı qoruyun", - deyə deputat bildirib.

Azvision.az


Teqlər: Məhkəmə   Hakim  





Xəbər lenti