Pandemiya qurbanlarının sayı yarım milyona yaxınlaşır

  26 İyun 2020    Oxunub : 2615
 Pandemiya qurbanlarının sayı yarım milyona yaxınlaşır
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 9 milyon 755 min 196 nəfərə çatıb.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, hazırda pandemiya qurbanlarının sayı 492 min 685 nəfərdir.

İndiyədək 5 milyon 280 min 663 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Virus 213 ölkədə qeydə alınıb.

Azvision.az

Teqlər: Pandemiya   Koronavirus   Yoluxma