Videosu yayılan qadınların kimliyi bilindi - RƏSMİ

 Videosu yayılan qadınların kimliyi bilindi -   RƏSMİ
  27 İyun 2020    Oxunub:12173
Bu gün sosial şəbəkələrdə avtomobil idarə edən qadının və iki rəfiqəsinin polis postlarının birindən yoxlanılmadan keçmələrini əks etdirən görüntülər paylaşılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a bildirilib ki, həmin görüntülər dərhal araşdırılıb. Məlum olub ki, sürücü İranə Əhmədova və rəfiqələri Mərdəkan qəsəbə sakinləridir.



"O da müəyyən edilib ki, məsələ heç də qadınların videoda səsləndirdikləri kimi deyil. Onlar Mərdəkan qəsəbəsində yerləşən poçt şöbələrindən birinin əməkdaşlarıdırlar və icaze.e-gov.az portalında icazələri mövcuddur. Gündəlik olaraq həmin postdan keçdikləri üçün polis əməkdaşları onları tanıyır və bilirlər ki, poçt işçiləri olaraq onların sərbəst hərəkətinə icazə verilib. Odur ki, saxlamayıblar.

Həmin qadınlar Xəzər Rayon Polis İdarəsinə dəvət edilib və profilaktik söhbət aparılıb. Onlar bu hərəkətlərini sosial şəbəkə izləyiciləri arasında böyük nüfuza malik olduqlarını göstərmək üçün paylaşdıqlarını bildirib və əməllərindən peşman olduqlarını qeyd ediblər", - deyə DİN bəyan edib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti