İcra Hakimiyyətindən iddialara cavab: “Deyilənlər əsassızdır”

İcra Hakimiyyətindən iddialara cavab:    “Deyilənlər əsassızdır”
  27 İyun 2020    Oxunub:3783
"Son günlər Şamaxı rayonunda dövlət qurumları ilə vətəndaşlar arasında yaranmış sağlam münasibətləri pozmaq üçün ayrı-ayrı internet resurslarında həqiqəti əks etdirməyən videomateriallar paylaşılır. Videomaterialda Xaliq Xudaverdiyev qardaşının şərlənərək tutulduğunu iddia edir".
Şamaxı Rayon İcra Hakimiyyətindən Azvision.az -a bildirilib ki, Xaliq Xudaverdiyevin qardaşı Aslan Xudaverdiyev törətdiyi ayrı-ayrı cinayət əməllərinə, o cümlədən çoxsaylı dələduzluq faktlarına görə Azərbaycan Respublikası CM-nin 178.2.2, 289.1 və 315.1-ci (köhnə redaksiyada) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, Qobustan rayon məhkəməsinin 08 iyun 2020-ci il tarixli qərarı ilə Aslan Xudaverdiyev barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilib, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qərar qüvvədə saxlanılıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Məlumata görə, Aslan Xudaverdiyev heç vaxt rayon icra hakimiyyəti başçısının qəbulunda olmayıb və hər hansı formatda heç bir mövzunu müzakirə etməyib.

"Rayon İcra Hakimiyyətinin başçısı və əməkdaşları tərəfindən cəmiyyətdə ayrıseçkiliyə, yerlibazlığa səbəb olan istənilən ifadə və davranış qətiyyətlə rədd edilir və yalnız bir prinsip – Azərbaycançılıq prinsipi üstün tutulur. Xaliq Xudaverdiyevin bu məzmunlu heç bir fakta söykənməyən və əsassız iddiaları ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə müraciət olunacaq", - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: Şamaxı   Video   İcra-Hakimiyyəti  





Xəbər lenti