Bəhram Bağırzadənin səhhətində yaxşılaşma var

Bəhram Bağırzadənin səhhətində yaxşılaşma var
  27 İyun 2020    Oxunub:4362
Bəhram Bağırzadənin səhhətində müəyyən müsbət dinamika qeyd edilir. Lakin vəziyyəti ağır olaraq qalır.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

Onun sözlərinə görə, son günlər B.Bağırzadənin istər ağciyər toxumasının vəziyyətində, istərsə də laborator göstəricilərində müəyyən yaxşılaşma qeydə alınıb.

Xatırladaq ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Əməkdar artistin 90%-dən çox ağciyər toxuması zədələndiyindən onu ECMO cihazına qoşublar.

Azvision.az



Teqlər: Bəhram-Bağırzadə   Koronavirus  





Xəbər lenti