Dünyada koronavirusdan ölənlərin sayı 500 minə çatır

 Dünyada koronavirusdan ölənlərin sayı 500 minə çatır
  27 İyun 2020    Oxunub:4595
Dünyada koronavirusdan ölənlərin sayı 497 363 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, virusdan ən çox ölüm faktı ABŞ (127,640), Braziliya (56,109) və Böyük Britaniyada (43,414) qeydə alınıb.

Dünyada indiyədək qeydə alınan yoluxma hallarının sayı 9 927 968 nəfərdir, müalicə alan 57 668 pasiyentin vəziyyəti ağırdır.

Xatırladaq ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də Hubey əyalətinin Uhan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyən edib və sonradan həmin xəstəlik rəsmən COVID-19 adlandırılıb.

Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

Azvision.az


Teqlər: Dünya   Koronavirus  





Xəbər lenti