İranda koronavirusa yoluxma sayı 220 mini keçdi

  İranda koronavirusa yoluxma sayı 220 mini keçdi
  27 İyun 2020    Oxunub:3838
İranda son sutka ərzində 2456 nəfər yeni növ koronavirusa yoluxub, nəticədə ölkə üzrə ümumi yoluxma sayı 220 180-ə çatıb.
Azvision.az İranın Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, koronavirusdan daha 125 nəfər vəfat edib. Bununla pandemiya qurbanlarının sayı 10 364-ə yüksəlib.

İndiyədək 180 661 xəstə sağalıb. Hazırda 2928 nəfərin vəziyyəti ağır və ya orta ağır qiymətləndirilir.

Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti