Maska taxmamağa görə cərimələr iki dəfə artırılır

  27 İyun 2020    Oxunub : 11846
 Maska taxmamağa görə cərimələr iki dəfə artırılır
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.
Azvision.az xəbər verir ki, dəyişikliyə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 400 manat məbləğində cərimə ediləcək.

Hazırda bu tələblərin pozulmasına görə fiziki şəxslər əlli manat, vəzifəli şəxslər yüz manat, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.

Qeyd olunan əməllərin inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat, vəzifəli şəxslər 400 yüz manat, hüquqi şəxslər 800 manat məbləğində cərimələnəcək.

Azvision.az

Teqlər: Maska   Cərimə