Karantini pozanlar üçün cərimələr artırılır

Karantini pozanlar üçün cərimələr artırılır
  27 İyun 2020    Oxunub:4994
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Azvision.az xəbər verir ki, dəyişikliyə əsasən, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 3 min manatdan 4 min manatadək məbləğdə cərimə ediləcək.
Hazırda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər şəxslər 1 500 manatdan 2 000 manatadək cərimələnir.

Qeyd edək ki, Milli Məclisin iyunun 29-da keçiriləcək iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılacaq.

Azvision.az


Teqlər: Karantin   Cərimə  





Xəbər lenti