Baş Nazir koronavirusla bağlı videomüşavirə keçirdi
Bu barədə Azvision.az -a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, iyunun ortalarından başlayaraq ölkəmizdə “Covid-19”-a yoluxma halları çoxalıb və bu hökuməti ciddi narahat edir.
Baş Nazir Əli Əsədov qeyd edib ki, Prezident İlham Əliyev Gəncə şəhərindəki çıxışı zamanı ölkəmizdə Pandemiya ilə mübarizənin milli təhlükəsizlik məsələsi olduğunu bildirib və bu işi dövlətin ən mühüm prioriteti elan edib.
Baş Nazir qeyd etdi ki, karantin rejiminin tətbiqindən sonra ötən dövr ərzində görülmüş işlərin nəticəsində xəstəliklə mübarizədə müsbət tendensiya müşahidə olunmaqdadır, ancaq biz arxayınlaşmamalıyıqvə çarpayıların sayının artırılması, maddi-texniki bazanın gücləndirilməsi işini sürətləndirmək lazımdır.
Müşavirədə problemlər də müzakirə olunub və Baş Nazir müvafiq tapşırıqlar verib.
Azvision.az
Teqlər: Baş-Nazir Müşavirə Koronavirus