TƏBİB: Koronavirus xəstələrindən 180-i reanimasiyadadır

    TƏBİB:   Koronavirus xəstələrindən 180-i reanimasiyadadır
  28 İyun 2020    Oxunub:5179
Azərbaycanda koronavirusla bağlı 27 iyun 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 5646 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 461 861-ə çatıb.

Reanimasiyada olan xəstə sayı 180, süni tənəffüs cihazında olan xəstə sayı 32-dir.



Hazırkı dövrədək ölkəmizdə 15 min 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 8719 nəfər müalicə olunaraq sağalıb, 193 nəfər vəfat edib. Aktiv xəstə sayı 6978 nəfərdir.

Azvision.az


Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti