Pandemiya qurbanlarının sayı 500 mini ötdü

   Pandemiya qurbanlarının sayı 500 mini ötdü
  28 İyun 2020    Oxunub:3629
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasından ölənlərin sayı yarım milyonu keçib.

Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, hazırda virusa yoluxma sayı 10 milyon 86 min 969, pandemiya qurbanlarının sayı isə 501 min 393 nəfərdir.
İndiyədək 5 milyon 464 min 271 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemiya 213 ölkədə qeydə alınıb.

Son günlər dünyanın bir çox ölkələrində virusa yoluxma sayında yenidən artım müşahidə edilir.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti