Azərbaycanla Türkiyə arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq

 Azərbaycanla Türkiyə arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq
  28 İyun 2020    Oxunub:3696
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" 2016-cı ilin martın 15-də Ankarada imzalanmış Sazişi təsdiqləyib.
Azvision.az xəbər verir ki, sənədə əsasən, Azərbaycan və Türkiyə arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Sazişi 2016-cı il mayın 6-da təsdiq edib.

Azvision.az


Teqlər: Türkiyə   Sənəd  





Xəbər lenti