“Deksametazon”la bağlı növbəti xəbərdarlıq

“Deksametazon”la bağlı növbəti xəbərdarlıq
  28 İyun 2020    Oxunub:12386
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "Deksametazon" preparatı ilə bağlı xəbərdarlıq edib.

ÜST-ün Azərbaycandakı nümayəndəliyindən Azvision.az-a bildirilib ki, "Deksametazon" dərmanı COVID-19 virusunu yüngül keçirən və oksigen dəstəyinə ehtiyacı olmayan xəstələr üçün istifadə edilməməlidir.
"Birləşmiş Krallıqda aparılan son tədqiqat nəticəsində "Deksametazon" preparatının oksigen dəstəyinə ehtiyac duyan COVID-19-lu xəstələrdə ölüm riskini azaltdığı məlum olub. Düzgün şəkildə istifadə edilmədikdə preparat ciddi şəkildə əks təsir göstərir", - deyə məlumatda qeyd olunub.



Azvision.az



Teqlər: Deksametazon  





Xəbər lenti