İranda karantin rejimi sərtləşdirilir

   İranda karantin rejimi sərtləşdirilir
  28 İyun 2020    Oxunub:4085
İranın bir sıra bölgələrində karantin rejimi yenidən sərtləşdiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə İran Prezidenti Həsən Ruhani Koronavirusla Mübarizə Milli Komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, karantin rejiminin yumşaldılmasından sonra koronavirusun geniş yayılması və ölənlərin sayının artması hökuməti təcili tədbirlər görməyə vadar edir.

Qeyd edək ki, bu günədək İranda 222 min 669 nəfər koronavirusa yoluxub, 10 min 508 insan pandemiyanın qurbanı olub.

Azvision.az



Teqlər: İran   Koronavirus   Pandemiya  





Xəbər lenti