Yüzlərlə avtomobil postlardan geri qaytarılıb

Yüzlərlə avtomobil postlardan geri qaytarılıb
  28 İyun 2020    Oxunub:4040
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi iyunun 27-də xüsusi karantin rejiminin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmiş hərəkət iştirakçılarının sayı və görülən tədbirlər barədə məlumat yayıb.
İdarədən Azvision.az -a bildirilib ki, qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci kilometrində yerləşən karantin keçid postundan 100-ü rayon, 265-i paytaxt istiqamətinə olmaqla 365, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci kilometrində yerləşən postdan 70-i rayon, 110-u paytaxt istiqamətinə olmaqla 180, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrində yerləşən keçid postundan 310-u rayon, 560-ı paytaxt istiqamətinə olmaqla 870 nəqliyyat vasitəsi geri qaytarılıb.

Ümumilikdə 1415 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Azvision.az


Teqlər: DYP  





Xəbər lenti