Ölkədə koronavirusdan sağalanların sayı 9 mini keçdi

Ölkədə koronavirusdan sağalanların sayı 9 mini keçdi
  28 İyun 2020    Oxunub:3187
Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların, infeksiyadan sağalanların və ölənlərin sayı açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 16 min 424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 9026 nəfər müalicə olunaraq sağalıb, 198 nəfər vəfat edib. Aktiv xəstə sayı 7200 nəfərdir.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti