Tanınmış həkim iş yerini dəyişdi

Tanınmış həkim iş yerini dəyişdi
  28 İyun 2020    Oxunub:2724
Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri, transplantoloq, cərrah Mircəlal Kazımi xəstəxanadan ayrılıb.
Azvision.az xəbər verir ki, bu barədə həkim özü bildirib.

Onun sözlərinə görə, xəstəxanadan pandemiya səbəbindən ayrılıb: “Mərkəzi Gömrük Hospitalındakı işimdən müvəqqəti olaraq ayrılmışam. Bildiyiniz kimi, Mərkəzi Gömrük Hospitalı koronavirus xəstələri üçün ayrılıb. Buradakı əməkdaşlar fədakarcasına xəstələrə xidmət göstərirlər. Xəstəxana yalnız COVİD-19 xəstələrini qəbul etdiyindən, digər xəstələrimizin, xüsusilə də qaraciyər və böyrək transplatasiyası əməliyyatına ehtiyacı olanların müayinə və müalicəsi üçün artıq Mərkəzi Klinikada fəaliyyət göstərirəm”.

Qeyd edək ki, M.Kazımi 2008-ci ildən 2018-ci ilədək Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, 2018-ci il sentyabrın 28-dən etibarən isə Mərkəzi Gömrük Hospitalında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəhbəri olaraq fəaliyyətini davam etdirib.

Azvision.az


Teqlər: Həkim   Xəstəxana  





Xəbər lenti