Mətbuat katibi və ailəsi koronavirusa yoluxdu

 Mətbuat katibi və ailəsi koronavirusa yoluxdu
  28 İyun 2020    Oxunub:4497
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev və ailə üzvləri koronavirusa yoluxub.

Azvision.az xəbər verir ki, bu barədə M.Ağayev özü məlumat yayıb. BNA rəsmisi bildirib ki, bir neçə gün əvvəl özü, həyat yoldaşı və oğlunun verdiyi COVID-19 testinin nəticələri pozitiv çıxıb.
“Biz inanırıq ki, virusa qalib gələcəyik. Dövlətimiz tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir. Amma biz də vətəndaş olaraq, üzərimizə düşən məsuliyyəti dərk etməliyik. Bizdən tələb olunan sadə qayda maska taxmaq və sosial məsafə gözləməkdir”, - deyə mətbuat katibi qeyd edib.



Azvision.az


Teqlər: BNA   Avtobus  





Xəbər lenti