TƏBİB: 209 koronavirus xəstəsi reanimasiyadadır

  TƏBİB:  209 koronavirus xəstəsi reanimasiyadadır
  29 İyun 2020    Oxunub:12691
Azərbaycanda koronavirusla bağlı 28 iyun 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Bildirilib ki, bu gün koronavirusa görə 7106 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 468 min 967-yə çatıb.
Reanimasiyada olan xəstə sayı 209, süni tənəffüs cihazında olan xəstə sayı 36-dir.

Hazırkı dövrədək ölkəmizdə 16 min 424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 9026 nəfər müalicə olunaraq sağalıb, 198 nəfər vəfat edib. Aktiv xəstə sayı 7200 nəfərdir.



Azvision.az


Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti