ÜST: Bir gündə 189 min yeni yoluxma aşkarlandı

 ÜST:  Bir gündə 189 min yeni yoluxma aşkarlandı
  29 İyun 2020    Oxunub:3253
Dünyada koronavirus infeksiyasına yoluxanların sayı artmaqda davam edir.
Azvision.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyası ilə bağlı gündəlik hesabatını açıqlayıb.

Hesabata əsasən, ötən sutka ərzində 189 077 nəfər yeni növ koronavirusa yoluxub, 4612 pasiyent dünyasını dəyişib.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb. İkinci yerdə Avropa regionu qərarlaşır.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların ümumi sayı 10 milyon 192 min 727, pandemiya qurbanlarının sayı isə 503 min 122 nəfərdən çoxdur.

Azvision.az


Teqlər: ÜST   Koronavirus   Pandemiya  





Xəbər lenti