Çin ABŞ-a etiraz edir: Təzyiqləri dayandırın!

 Çin ABŞ-a etiraz edir:  Təzyiqləri dayandırın!
  29 İyun 2020    Oxunub:2134
Pekin Çin müəssisələrinə əsassız təzyiq göstərdiyinə görə ABŞ-a etiraz edib və rəsmi Vaşinqtonu belə bir təcrübəni dayandırmağa çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

Qeyd edilib ki, Amerika tərəfinin Çin müəssisələrinə etdiyi əsassız təzyiqlərə bağlı rəsmi Pekin dəfələrlə mövqeyini bildirib.

“Bir daha vurğulamaq istərdik ki, ABŞ yenidən milli təhlükəsizlik konsepsiyasını ümumiləşdirir, dövlət hakimiyyətindən sui-istifadə edir və ayrı-ayrı Çin müəssisələrinə təzyiq göstərir. Bütün bunlar ABŞ-ın həmişə tərif etdiyi bazar iqtisadiyyatı prinsiplərinə ziddir. Çin buna qəti etirazını bildirir”, - deyə XİN-dən bildirilib.

Pekin ABŞ-ı Çin şirkətlərinə əsassız təzyiqləri dayandırmağa, eləcə də Çin şirkətlərinin ABŞ-da normal işləməsi üçün vicdanlı, ədalətli və ayrı-seçkilik olmayan şərtləri təmin etməyə çağırır.

Bundan əvvəl “Reuters” Pentaqonun ABŞ-ın yeni sanksiyalarının tətbiq oluna biləcəyi Çin şirkətlərinin siyahısını tərtib etdiyini yazıb.

Agentliyin məlumatına görə, ABŞ Müdafiə Nazirliyi Vaşinqtonun "Çin Xalq Qurtuluş Ordusunun nəzarətində və ya sahib olduğu" hesab etdiyi 20 şirkətinin siyahısını hazırlayıb.

Bildirilir ki, bu siyahıda “Huawei” və “Hikvision” telekommunikasiya şirkətləri, həmçinin “China Mobile” və “China Telecom” mobil operatorları yer alıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti