Ölkə üzrə koronavirusa yoluxma statistikası

Ölkə üzrə koronavirusa yoluxma statistikası
  29 İyun 2020    Oxunub:11430
Azərbaycanda COVID-19 infeksiyasına yoluxma halları üzrə Bakı şəhəri birinci yerdədir. Belə ki, paytaxtda koronavirusa yoluxma göstəricisi 53,4%-dir.
Azvision.az xəbər verir ki, bu barədə koronavirus.info saytında yerləşdirilən hesabatda bildirilib.

Məlumata görə, sonrakı yerlərdə 15,8%-lə Abşeron, 9,4%-lə Gəncə-Qazax, 7,8%-lə Aran, 6,1%-lə Lənkəran, 1,7%-lə Quba-Xaçmaz, 1,4%-lə Şəki-Zaqatala, 1,2%-lə Yuxarı Qarabağ, 1,4%-lə Dağlıq Şirvan, 0,03%-lə isə Naxçıvan Muxtar Respublikası qərarlaşıb.

Ölkəyə koronavirusun idxal olunması 1,6% təşkil edir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti