Bakıda ən çox yoluxma haradadır? - RƏSMİ

 Bakıda ən çox yoluxma haradadır? -  RƏSMİ
  29 İyun 2020    Oxunub:2325
Bakı şəhərinin rayonları üzrə koronavirusa yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.
Azvision.az xəbər verir ki, statistika koronavirusinfo.az saytında yerləşdirilib.

Məlumata əsaəsn, COVID-19 infeksiyasına yoluxma sayına görə paytaxtın Binəqədi rayonu ilk yerdədir. Burada yoluxma 12,9 faiz təşkil edir. Sonrakı yerdə gələn Yasamal rayonunda 12,6 faiz, Xətai rayonunda isə yoluxma 11,9 faiz olub.

Eyni zamanda, Sabunçu rayonunda 11,8 faiz, Nəsimi rayonu üzrə 10,7 faiz, Suraxanı rayonunda 9 faiz, Nərimanov rayonunda 8,6 faiz, Nizami rayonunda 8,1 faiz, Qaradağ rayonunda 5,5 faiz, Səbail rayonunda 4,5 faiz, Xəzər rayonunda 4,1 faiz və Pirallahı rayonu üzrə isə 0,3 faiz yoluxma faktı qeydə alınıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Bakı  





Xəbər lenti