Azərbaycanda karantin cərimələri artırıldı

Azərbaycanda karantin cərimələri artırıldı
  29 İyun 2020    Oxunub:4120
Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.
Azvision.az xəbər verir ki, dəyişikliyə əsasən, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 3 min manatdan 4 min manatadək məbləğdə cərimə ediləcək.

Hazırda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər şəxslər 1 500 manatdan 2 000 manatadək cərimələnir.

Dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Cərimə   Epidemiya  





Xəbər lenti