İcra məmurlarının maddi təminatı gücləndirilib

   İcra məmurlarının maddi təminatı gücləndirilib
  29 İyun 2020    Oxunub:2033
Azərbaycanda icra məmurlarının maddi təminatı və sosial müdafiəsinin gücləndirilib.
Azvision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “İcra məmurları haqqında” qanuna dəyişiklik edilib.

Qanuna yeni məzmunda dördüncü hissə əlavə edilib. Dəyişikliklə, müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin probasiya xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərətətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürüləcək.

Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq.

Layihə müzakirələrdən sonra III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: İcra   Məmur  





Xəbər lenti